Azərbaycanda havalar mülayimləşəcək

Azərbaycanda havalar mülayimləşəcək
Bütün Xəbərlər
18:36 10.02.2012
2461
Bu gün və sabah Bakı və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, fevralın 12-i gündüz saatlarından etibarən hava şəraitinin mülayimləşməsi gözlənilir.Fevralın 11-də gecə Bakıda 2-7 dərəcə şaxta, gündüz isə 1-3 dərəcə şaxta olacağı proqnozlaşdırılır. Fevralın 12-də gecə 3-7 dərəcə şaxta, gündüz 1 dərəcəyədək şaxtadan 2 dərəcəyədək isti gözlənilir. Aran rayonlarında fevralın 11-də gündüz saatlarında 0-3 dərəcə şaxta, dağlıq rayonlarda 5-10 dərəcə şaxta, fevralın 12-si, 13-də aran rayonlarında gündüz 1-6 dərəcə isti, dağlıq rayonlarda isə 1-6 dərəcə şaxta proqnozlaşrıdırlır.
OXŞAR XƏBƏRLƏR