“Azərbaycanda heç kəsə qızıl və gümüş medal verilməyib”

“Azərbaycanda heç kəsə qızıl və gümüş medal verilməyib”
Bütün Xəbərlər
16:55 29.06.2012
1456
“Bu il qızıl və gümüş medalların verilməsi ilə əlaqədar qərar qəbul etməmişik. Bütün buraxılış imtahanları qurtardıqdan, nəticələr Təhsil Nazirliyinə gəldikdən sonra bununla bağlı qərar qəbul ediləcək”.APA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, qızıl medallar Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən verilə bilər: “Ötən il buraxılış imtahanlarını Təhsil Nazirliyi keçirirdi. Bu il dəyişiiklik olub. Həmin dəyişikliyə uyğun bu məsələyə yenidən baxmalıyıq. Hələlik Azərbaycanda bu ilin yekunlarına əsasən heç kəsə qızıl və gümüş medal verilməyib”.
OXŞAR XƏBƏRLƏR