Uçuş vaxtlarının dəyişməsi Həcc ziyarətinin vaxtına da təsir etdi.
AZXEBER.COM xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.İdarədən bildirilib ki, Azərbaycanda Həccə ziyarət əvvəlcədən elan edildiyi kimi 2 oktyabrda deyil, 1 gün sonra başlayacaq.Məlumata görə, buna səbəb səfər uçuşlarını həyata keçirən aviaşirkətin uçuş şərtlərində dəyişikliklər etməsidir.QMİ-dən həmçinin məlumat verilib ki, zəvvarların yola salınması oktyabrın 8-dək davam edəcək.Qeyd edək ki, oktyabrın 3-də bir reys, qalan günlər isə hər gün 3 reys təşkil olunacaq.Ümumilikdə, bu il Azərbaycandan 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub.