Azərbaycanda Həcc ziyarətinin başlanma tarixi dəyişib

Azərbaycanda Həcc ziyarətinin başlanma tarixi dəyişib
Bütün Xəbərlər
15:00 28.08.2013
637

Uçuş vaxtlarının dəyişməsi Həcc ziyarətinin vaxtına da təsir etdi.

AZXEBER.COM xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.İdarədən bildirilib ki, Azərbaycanda Həccə ziyarət əvvəlcədən elan edildiyi kimi 2 oktyabrda deyil, 1 gün sonra başlayacaq.Məlumata görə, buna səbəb səfər uçuşlarını həyata keçirən aviaşirkətin uçuş şərtlərində dəyişikliklər etməsidir.QMİ-dən həmçinin məlumat verilib ki, zəvvarların yola salınması oktyabrın 8-dək davam edəcək.Qeyd edək ki, oktyabrın 3-də bir reys, qalan günlər isə hər gün 3 reys təşkil olunacaq.Ümumilikdə, bu il Azərbaycandan 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR