Azərbaycanda həkim səhlənkarlığına görə hamilə qadın 21 gündür komadadır – TƏFƏRRÜAT

Azərbaycanda həkim səhlənkarlığına görə hamilə qadın 21 gündür komadadır –  TƏFƏRRÜAT
Bütün Xəbərlər
11:26 13.05.2014
1130

Sumqayıt şəhərində yerləşən 2 saylı doğum evində həkim səhlənkarlığına görə 8 aylıq hamilə qadın komaya düşüb.

AZXEBER.COM-un redaksiyası ilə əlaqə saxlayan, xəstənin qardaşı Şamil Əliyevin sözlərinə görə, bacısı 28 yaşlı Aynurə Abbasova hamiləliyinin 7-8-ci aylarlarında Sumqayıt şəhərində yerləşən 2 saylı doğum evində saxlanılıb:

“Ağrılarına görə, həkimlər dedilər ki, onu xəstəxanada yatızdırmalıyıq. Biz də bacımı xəstəxanaya yerləşdirdik. Bir gün zəng elədilər ki, tez özüvüzü çatdırın, uşaq ölüb, qız isə komaya düşüb. Gəlib çatanda isə, artıq gec idi. Doğuş zamanı bacıma həkim Cəfərov Məhəmməd tərəfindən yüksək dozalı narkoz verildiyi üçün o komaya düşüb. Bunu bacımı Bakıya gətirəndən sonra anladıq. Hazırda Respublika Klinik Xəstəxanasında patologiya şöbəsində yatır. 21 gündür ki, komadadır”.

Xəstənin qardaşının sözlərinə görə, onlar Sumqayıt şəhərində 2 saylı doğum evində səhlənkar və təcrübəsiz həkimlərin çox olduğunu və onların hər gün səhlənkarlıqlarına görə bir neçə ananı öldürdüklərini bildirib:

“Bu xəstəxanada insanların ən son puluna kimi əllərindən almaq üçün min hoqqadan çıxırlar. Bu adamlar hamıya pul kimi baxırlar. Səhlənkarlıqlarına görə mənim bacım 21 gündür ölü kimi komada yatır. Ayılma şansı isə gündən-günə azalır. Heç maddi imkanımız da çatmır ki, onu daha yaxşı yerdə müalicə etdirək. Səhiyyə nazirliyi hara baxır anlaya bilmirəm”.

Məsələ ilə bağlı araşdrımalarımız davam edəcək!

OXŞAR XƏBƏRLƏR