Azərbaycanda həkimlər yeni doğulan uşağı əzib öldürdülər – Nazirlik günahkarı tapa bilmir (TƏFƏRRÜAT)

Azərbaycanda həkimlər yeni doğulan uşağı əzib öldürdülər –  Nazirlik günahkarı tapa bilmir (TƏFƏRRÜAT)
Bütün Xəbərlər
16:03 18.11.2014
2295

Anar Qədirli: “Hadisə nazirlik tərəfindən araşdırılır”

Azərbaycanda növbəti dəfə doğum evində yeni doğulmuş körpənin ölum faktı qeydə alınıb.

Hadisə Cəlilabad rayonunda baş verib. Faktla bağlı AZXEBER.COM-a açıqlama verən Səhiyyə nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, sözügedən hadisə ilə əlaqədar nazirliyə məlumatlar təqdim olunur: “Nazirliyin ana və uşaq ölümləri iə bağlı komissiyasında bu hadisə araşdırılacaq. Ölən körpənin tibbi ekspertizasından sonra nazirlik hadisənin səbəbləri barədə əlavə konkret məlumatlar verəcək”.

Qyed edək ki, ölən uşağın ailəsi Şükürovlar körpənin meyitinin yarılması ilə razlışamır. Bu məsələ ilə əlaqədar A.Qədirliyə ünvanladığmız suala – “Ailə körpənin məhkəmə tibb ekspertizası tərəfindən yarılmasına izn verməsə nazirlik hansı addımlar atacaq?” – müsahibimzin cavabı belə oldu: “Belə olan halda ölüm faktının baş verməsi ilə bağlı konkret rəy vermək çətin olur”.

Ölüm faktının baş verməsi ilə bağlı əlavə olaraq xatırladırıq ki, Cəlilabad rayonunun Fərzili kəndində Şükürovların ilk övlad sevinci iki gün çəkib. Uşaq dünyaya gəldikdən iki gün sonra körpə ölüb. Övlad dünyaya gətirən ananın səhhəti isə ağırlaşıb. Bu situasiya illə üz-üzə qalan ailə isə həkimlərdən şikayətçidir.

Hadisə ilə bağlı məlumatda qeyd olunur ki, şikayətçi Yəhya Adıyev iddia edir ki, doğuşdan əvvəl həkimlər onun yoldaşını yoxlamayıblar: "Həkimlər onu aparata da salmayıblar. Doğuş zamanı uşağı əziblər. Doğuş çətin olub. Uşaq ölü vəziyyətdə olub. Sonra uşağı ayıldıblar. Gecə uşaq həkimi çağırmayıblar. Səhəri günü həkim gəlib müalicə yazıb, xeyri olmayıb”.

29 yaşlı ana Gülər Şükürova körpəsinin ölümündə mama-ginekoloqları günahlandırır: “Doğuş əgər ağır idisə, niyə vaxtında qeysəriyyə əməliyyatı eləmədilər və ya doğulan uşağı müalicə edə bilməyəcəkdilərsə, niyə paytaxta aparmağa qoymadılar? Uşağın ölümündə günahkar həkimdir. Məni də, uşağımı da bu günə qoydular”

Məsələyə aydınlıq gətirmək üçün doğuşun həyata keçirildiyi Cəliabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində olduq. Şöbə müdiri Dilbər Əhmədova və ailənin şikayətçi düşdüyü mama-ginekoloq Lətifə Əliyeva işdə olmadığından məsələ ilə bağlı baş həkimin müavini Valeh Məmmədov açıqlama verib.

Həkimin sözlərinə görə, çəkisi 3kq 800 qram olan oğlan uşağının doğuşu ağır kecdiyi üçün aparılan reanimasion tədbirlər heç bir nəticə verməyib. Uşağın ölməsindən hiddətlənən valideynlər heç kəslə razılaşmadan ananı və uşağı götürüb evə aparıblar. Amma baş həkimin müavini deyir ki, növbətçi həkimin məlumatından sonra dərhal kənddəki tibb bacısı, bazar günü isə təcili yardım maşını ilə mama-ginekiloq onların evinə göndərilib və zahı qadının səhhətində heç bir problem yoxdur.

“Uşağın ölümünə asfiksiya və beyin ödümü səbəb olub. Bu şikayəti biz özümüz araşdıracağıq. Tibb işçiləri barədə ciddi tədbir görüləcək, onlara cəza veriləcək. Görülən tədbir barədə əlavə sizə məlumat veriləcək”, - deyə V.Məmmədov bildirib.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR