Bu gün səhər saatlarında Tovuz rayonu ərazisində dəhşətli yol qəzası baş verib.
Rayon Polis Şöbəsindən anspress-ə verilən məlumata görə, qəzada iki nəfər ölüb, 3 nəfər ağır yaralanıb.
Hadisə Bakı-Qazax yolunun 433-cü kilometrliyində, Tovuz rayonu Cəlilli kəndi ərazisində baş verib. Belə ki, Mamuti Çamburyaninin idarə etdiyi yük avtomobililə Turxan Əmiraslanovun idarə ediyi “Mercedes” markalı maşın toqquşub.
Qəza nəticəsində minik maşınında olan Rövşən Balayev və Samir Balayev ölüblər. Onların qardaş olduğu bildirilir.
Maşının sürücüsü Turxan Əmiraslanov və digər sərnişinlər Şəhriyar Nuriyevlə Qabil Vəliyev ağır bədən xəsarətlərilə Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.