Azərbaycanda hərbi maşın aşıb, xəsarət alan var

Azərbaycanda hərbi maşın aşıb, xəsarət alan var
Bütün Xəbərlər
12:28 02.12.2013
878
Azərbaycanda hərbi maşın qəzaya uğrayıb.

Hadisə Qazax rayonunda qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus “Zil” markalı yük avtomobili dağlıq ərazidə idarəetməni itirərək aşıb. Nəticədə sürücü, müddətdən artıq xidmət edən hərbçi Əfqan Salıfov xəsarət alıb. Yaralı hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Yaralı hərbçinin vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək Ə. Salıfov Qazax rayonundan hərbi xidmətə çağırılıb.(APA)

OXŞAR XƏBƏRLƏR