Azərbaycanda hərbi maşın qəzaya uğrayıb.
AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus maşının qəzaya uğraması nəticəsində 3 hərbi qulluqçu xəsarət alıb.
Yaralılar hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.












































