Azərbaycanda Hərbi Ombudsmanın yaradılması müzakirəyə çıxarılır

Azərbaycanda Hərbi Ombudsmanın yaradılması müzakirəyə çıxarılır
Bütün Xəbərlər
13:03 07.11.2013
623
Azərbaycan Milli Məclisində Silahlı Qüvvələrdə Hərbi Ombudsmanın (İnsan hüquqları müvəkkili) yaradılması məsələsi müzakirəyə təklif olunacaq.

Parlamentdənverilən məlumata görə, bu qanunvericilik təşəbbüsü müvafiq müraciətlər əsasında bir qrup deputat tərəfindən irəli sürülür.

Bununla bağlı “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanununa, o cümlədən bir sıra hərbi qanunvericiliyə dəyişikliklərin müzakirəyə çıxarılması gözlənilir.

Hərbi Ombudsmanın ya ayrıca qurum kimi, ya da mövcud Ombudsman Aparatının nəzdində yaradılması təklif olunur. Məqsəd ordu quruculuğunda, hərbçilərarası münasibətlərin tənzimlənməsində ictimaiyyətin yaxından iştirakını təmin etməkdir.(APA)

OXŞAR XƏBƏRLƏR