Azərbaycanda hərbi xidmət müddəti artırılacaq?

Azərbaycanda hərbi xidmət müddəti artırılacaq?
Bütün Xəbərlər
15:05 13.12.2012
1313
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda son zamanlar hərbi xidmət müddətinin artırılacağı ilə bağlı müzakirə edilən məsələyə münasibət bildirib. APA-nın sualını cavablandıran Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov vurğulayıb ki, hazırda bu məsələ gündəlikdə yoxdur. Komitə sədri hesab edir ki, qüvvədə olan qanunvericilik bu məsələni çox gözəl tənzimləyir: “Düşünürəm ki, belə bir zərurət yoxdur və mən də bunu görmürəm”.
OXŞAR XƏBƏRLƏR