Azərbaycanda hibrid avtomobillərin qiyməti bahalaşacaq - Ekspert danışdı

Azərbaycanda hibrid avtomobillərin qiyməti bahalaşacaq - Ekspert danışdı
SOSİAL
15:30 24.10.2025
402
Xəbər verdiyimiz kimi, gələn ildən Azərbaycanda avtomobil idxalı ilə bağlı vergi siyasətində dəyişikliklər qüvvəyə minəcək. 

Yeni qərara əsasən, yalnız tam elektrikli avtomobillərin idxalı 1 il müddətinə ƏDV-dən azad ediləcək, hibrid və plug-in hibrid avtomobillərə isə bundan əvvəl tətbiq olunan vergi güzəştləri ləğv olunacaq.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev AZXEBER.COM-a bildirib ki, bu dəyişiklik ölkəyə gətirilən  hibrid avtomobillərin qiymətlərinə təsir göstərəcək:

"Sözügedən dəyişiklik ölkəyə gətirilən hibrid avtomobillərin qiymətlərinə təsir göstərəcək. Avtomobilin dəyərindən asılı olaraq, əlavə vergi xərcləri qiymətin üzərinə gələcək. 
Amma yaxşı tərəfi odur ki, elektrikli avtomobillərə tətbiq edilən güzəştlər davam edəcək. Mən ümid edirəm ki, bu proses hələ bir neçə il belə qalacaq”.

Ekspert deyib ki, Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı "Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafa Dair Milli Prioritetlər” adlı sərəncamı mövcuddur:

"İlham Əliyevin 2021-ci ildə imzaladığı "Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafa Dair Milli Prioritetlər” adlı sərəncamı var. Həmin sənədin 5-ci bəndi "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlanır. Bu məqsədə nail olmaq üçün digər sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də dönüş yaratmaq, xüsusi diqqət yetirmək lazım idi və məhz bu sərəncamdan sonra belə də oldu. Sərəncamı nəzərə alaraq mən hesab edirəm ki, 2026-cı ildən 2030-cu ilə qədər tam elektrikli avtomobillərin ölkəyə güzəştli şərtlərlə gətirilməsi və satışı davam edəcək”.

E.Əliyev qeyd edib ki, rəsmi dilerlər tərəfindən süni qiymət artımı olmayacaq:

"Rəsmi dilerlər tərəfindən süni qiymət artımı olmayacaq. Sadəcə, tətbiq olunan vergi dərəcələrinin qiymətə əlavə olunması nəticəsində artım müşahidə ediləcək. Bununla yanaşı, avtomobil qiymətləri, bilirsiniz ki, logistika xərclərinə və ya istehsalçı zavodların qiymət artımlarına görə də dəyişə bilər. Hazırda logistika və istehsalçı zavodlar tərəfindən qiymət artımı yoxdur”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib
21:58 27.10.2026
Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib
1707-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:53 27.10.2026
1707-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir
21:45 27.10.2026
Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir
Finlandiya və Norveç vasitəçi olmaq istəmir
21:30 27.10.2026
Finlandiya və Norveç vasitəçi olmaq istəmir
Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib
21:22 27.10.2026
Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
21:14 27.10.2026
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
21:09 27.10.2026
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Ramiz Mehdiyevə verilən şərti həbs cəzası nə deməkdir?  - Hüquqi izah
21:03 27.10.2026
Ramiz Mehdiyevə verilən şərti həbs cəzası nə deməkdir? - Hüquqi izah
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
20:58 27.10.2026
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
20:53 27.10.2026
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
20:47 27.10.2026
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
20:39 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
20:34 27.10.2026
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
20:31 27.10.2026
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
20:29 27.10.2026
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
20:23 27.10.2026
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib