Azərbaycanda ibtidai sinif müəllimi öz şagirdini zorladı

Azərbaycanda ibtidai sinif müəllimi öz şagirdini zorladı
Bütün Xəbərlər
17:34 15.08.2012
18150

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızı zorlamaqda ittiham olunan Quba rayon sakini, 40 yaşlı Z. S.-nin cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Quba rayonunun Aşağı Quşçu kənd sakini Z. S. azyaşlı qızlarla cinsi əlaqədə olub. Kəndin orta məktəbində ibtidai sinif müəllimi olan Z. S. dərs zamanı azyaşlı qızlara görüş təklif edib.

Elə qonşulquda olan Sevda (ad şərtidir-red.) ilə cinsi əlaqədə olmaq qərarına gəlib. Evdə tək olan ibtidai sinif müəllimi azyaşlı qızı evlərinə çağırıb. Heç nədən xəbəri olmayan azyaşlı qız müəllimin evinə gedir. Z.S. evə daxil olan qızı qucaqlayır və opməyə başlayır. O, daha sonra qızı soyunduraraq onunla cinsi əlaqədə olur. 

Sevda Z. S. tərəfindən zorlanması barədə valideynlərinə danışır. Valideynləri də əxlaqsız müəllimin hərəkətləri barədə Quba rayon Polis Şöbəsinə şikayət edirlər. Şikayət əsasında Z. S. məsuliyyətə cəlb edilir və barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə cinayət işi başlayıb.

Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Z. S. cinayət işi üzrə qapalı keçirilən məhkəmə iclasında özünü təqsirli bilməyib. Zərərçəkmiş azyaşlı qız da anasının iştirakı ilə məhkəmədə dindirilib. O, ifadəsində ibtidai sinif müəllimi tərəfindən necə zorlanmasını məhkəmədə danışıb. Hazırda bu cinayət işi üzrə qapalı məhkəmə iclası davam edir.

OXŞAR XƏBƏRLƏR