Azərbaycanda ictimai iaşə dövriyyəsi artıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi artıb
SOSİAL
14:59 21.11.2026
67
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 596,9 milyon manat olub.

Bu barədə Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,9 % çoxdur. On ayda özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,8 %-i hüquqi şəxslərin, digər 50,2 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

O cümlədən, hüquqi şəxslər üzrə dövriyyənin dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən 5,5 % artaraq 1 milyard 286,8 milyon manat olub.
OXŞAR XƏBƏRLƏR