Azərbaycanda idarə müdirinin evinə basqın oldu

Azərbaycanda idarə müdirinin evinə basqın oldu
Bütün Xəbərlər
17:01 11.05.2013
1016

Azərbaycanda idarə müdirinin evinə basqın edilib. Sabirabad Rayon Polis Şöbəsindən APA- verilən məlumata görə, hadisə mayın 10-dan 11-nə keçən gecə rayonun Cavad kəndində qeydə alınıb. Rayon Maliyyə İdarəsinin müdiri Hüseynağa Gülüşovun evinə daxil olan bir neçə şəxs ondan pul tələb edib. H. Gülüşov evdə olan 1500 manatı həmin şəxslərə verib. Hazırda hadisəni törədən şəxslərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR