Bu gün saat 15:00 radələrində Gəncənin Heydər Əliyev prospektində ağır yol qəzası baş verib
AZXEBER.COM Kəpəz TV-yə istİnadən xəbər verir ki, “VAZ 2106” markalı iki avtomobilin toqquşması nəticəsində sürücülərZəmanəddin FərəcovvəRafiq Məmmədov, eləcə də sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstaxanasına yerləşdirilib. Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. APA xəbər verir ki, Heydər Əliyev prospekti ilə hərəkətdə olan Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Zamanəddin Fərəcovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə, prospektdən başqa küçəyə dönmə əməliyyatını yerinə yetirən, 1950-ci il təvəllüdlü Rafiq Məmmədovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub. Hadisə zamanı Zamanəddin Fərəcovun avtomobilində olan iki sərnişin, 21 yaşlıMəlahət Qurbanovailə 18 yaşlıAyişə Fərəcovabədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan onların səhhətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Tədqiqat İdarəsinin müstəntiqiElçin Əzizovtərəfindən araşdırma aparılır. İlkin ehtimallara görə, qəzaya səbəb Rafiq Məmmədovun avtomobillə dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.