Xırdalan şəhəri və Saray qəsəbəsində iki nəfərin müvafiq olaraq, dərman və kimyəvi məhluldan zəhərlənməsi faktı qeydə alınıb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, Xırdalan şəhər sakini Əfsanə Musayev dərmandan, Saray qəsəbə sakini, azyaşlı Əliyar Niftalızadə isə kimyəvi məhluldan zəhərlənib.Məlumata görə, hər iki zərərçəkən xəstəxanaya aparılıb.