Azərbaycanda iki yeni məhkəmə binasının açılışı olacaq

Azərbaycanda iki yeni məhkəmə binasının açılışı olacaq
Bütün Xəbərlər
11:34 09.09.2015
689

Azərbaycanda iki yeni məhkəmə binasının açılışı olacaq.

AZXEBER.COM xəbər verir ki, “Report”un xəbərinə görə, Sabunçu Məhkəmə Kompleksi layihəsi çərçivəsində tikilən bina istifadəyə veriləcək. Bakıxanov qəsəbəsində yerləşən həmin məhkəmə kompleksində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yerləşəcək.

Hər iki məhkəmə binasının yerləşdiyi kompleksin açılışının sentyabrın 10-da keçiriləcəyi gözlənilir.

Qeyd edək ki,Sabunçu Məhkəmə Kompleksinin layihəsiAzərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” Layihəsi çərçivəsində ərsəyə gəlib.Məhkəmə kompleksinin inşasına 2012-ci ildə başlanılıb.

OXŞAR XƏBƏRLƏR