Azərbaycanda İKT sahəsində 10-dan artıq yeni standart qəbul ediləcək

Azərbaycanda İKT sahəsində 10-dan artıq yeni standart qəbul ediləcək
Bütün Xəbərlər
15:51 10.09.2013
614

"Azərbaycanda İKT sahəsində 14 yeni milli standartın qəbul ediləcəyi gözlənilir"

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müaviniElmir Vəlizadədeyib. Onun sözlərinə görə, nazirlik yanında İKT üzrə Texniki komitə yaradılıb: "Bu komitə, o cümlədən İKT sahəsində standartların hazırlanması və beynəlxalq standartların Azərbaycan dilinə lokallaşdırılması ilə məşğul olur". Nazir müavini bildirib ki, hazırda ölkədə İKT sahəsi üzrə təqribən 30 standart qəbul edilib: "Onlar arasında informasiya təhlükəsizliyi, informasiya texnologiyalarının yaradılması və s. üzrə standartlar mövcuddur. Bu istiqamətdə işlər davam edir". E.Vəlizadə qeyd edib ki, Azərbaycanda qəbul edilməsi planlaşdırılan sonuncu standartlar bunlardır: "Biometrik texnologiyalar, proqram məhsullarının hazırlanması sahəsində rəqəmsal televiziya və terminologiyalar üzrə standartlar. Onların hazırlanmasında beynəlxalq standartlar əsas götürülür".

OXŞAR XƏBƏRLƏR