23:45 Bazar Günü, 17 Noyabr 2019
MƏDƏNİYYƏT

Azərbaycanda ilk dəfə tele-opera çəkildi - VİDEO

14:44, 15.04.20193587
Azərbaycanda ilk dəfə tele-opera çəkildi - VİDEO
Görkəmli  bəstəkar Fikrət Əmirovun Sevil operasının tele operası çəkilib. 

AZXEBER.COM xəbər verir ki, layihənin ideya müəllifi Azərbaycan televiziyası "Mədəniyyət”  kanalının direktoru Ramil Qasımovdur. Tamaşada  baş rolları əməkdar artistlər Afaq Abbasova (Sevil), Ramil  Qasımov (Balaş), İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Cahangir Qurbanov (Babakişi), Əli İbrahimov (Atakişi), xalq artisti Əkrəm Poladov (Məmmədəlibəy), Fəhmin Əhmədov ifa ediblər. 

R.Qasımov sözügedən layihənin həyata keçirilməsini mədəni sahədə böyük addım olduğunu bildirib: "Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və böyük dramaturq, Cəfər Cabbarlının 120 illik  yubileyinin keçirilməsi haqqında, ölkə rəhbəri cənab prezident sərəncam verdi. Bu məqsədlə düşündük ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Fikrət Əmirov və Cəfər Cabbarlının "Sevil” operasını tele-opera şəkilində çəkib xalqımıza təqdim edək. Bu opera, müxtəlif illərdə bizim özünəməxsus sənətkarlarımız tərəfindən ifa olunub. Azərbaycan Televiziyası, "Mədəniyyət” kanalı, MədəniyyətNazirliyi, Akademik Opera  və  Balet Teatrının birgə layihəsi  kimi reallaşan bu opera yüksək texnoloji avadanlıqla ilk olaraq lentə alınıb, HD formatla çəkilib, ifaçılara  gəldikdə mən tamaşanın dirijoru, Akademik Opera və Balet Teatrının baş dirijoru əməkdar artist- Eyyub Quliyev öhdəsinə düşən məsuliyyətli və tarixi işin öhdəsindən gözəl gəldi. Tele-opera Akademik Opera və Balet Teatrının baş rejissoru əməkdar incəsənətxadimi-Hafiz  Quliyevdir. Qərblə Şərqin sintezi, həmçinin aktorların fərqli daxili dramaturgiyası aydın tamaşaçılara açılır. Fürsətdən istifadə edib, bütün yaradıcı heyətə bu layihənin gerçəkləşməsində əziyyəti olan əməkdaşlarımıza  minnətdarlığımı bildiririrəm. Düşünürəm ki, bu tele-opera birinci olaraq  gələcək nəsillərə bir töhvə olacaq”.
 

XƏBƏR LENTİ