Füzuli rayonunun Qayıdış-3 qəsəbəsinə ilk dəfə olaraq təbii qaz verilib.AZXEBER.COM-un ARDNŞ-ə istinadla verdiyi məlumata görə, bu münasibətlə keçirilmiş tədirdə rayon ICRA hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.Bildirilib ki, 200 abonenti olan qəsəbənin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 7816 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 200 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.