Azərbaycanda ilk musiqi telekanalı yayıma başlayır

Azərbaycanda ilk musiqi telekanalı yayıma başlayır
MEDİA
13:03 08.03.2015
1625
Bu il aprelin əvvəlində Azərbaycanda "Azerbaijan Music Channel" (AMC) adlı ilk musiqi telekanalı yayıma başlayacaq.
Bunu "Trend"ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib. Onun sözlərinə görə, telekanalın yayımı "Azerspace-1" peykinin köməyi ilə açıq rejimdə həyata keçiriləcək. Hazırda yeni telekanalın anonsunu edən infokart test rejimində əlçatandır.
Yeni telekanal Azərbaycan, Rusiya, Türkiyə və Qərb ifaçılarının videokliplərini yayımlayacaq.
Televiziya kontentinə baxmaq üçün peyk antenlərini aşağıdakı şəkildə tənzimləmək lazımdır: tezlik - 11135 MHz, sürət - 27500, polyarizasiya - Horizontal, FEC - 5/6.
OXŞAR XƏBƏRLƏR