Azərbaycanda ilk regional radiostansiyanın açılması üçün müsabiqəyə start verilib

Azərbaycanda ilk regional radiostansiyanın açılması üçün müsabiqəyə start verilib
MEDIA
10:01 22.10.2012
1194

Azərbaycanda 93.3 MHz işçi tezliyində Gəncə və ətraf əraziləri əhatə edəcək ilk regional radio kanalının açılması üçün müsabiqə başlayıb.

Milli Televiziya və Radio Şurasından (MTRŞ) APA-ya verilən xəbərə görə, “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinə uyğun olaraq, yeni regional radio yayım orqanının açılması üçün müsabiqə oktyabrın 22-dən noyabrın 22-dək davam edəcək. Müsabiqə üçün tələb olunan sənədlər qeyd olunan vaxtda, şənbə və bazar günləri istisna olmaqla MTRŞ-nin inzibati binasında qəbul ediləcək. Müsabiqədə Azərbaycan Respublikası vətəndaşı olmayan, nizamnamə kapitalında xarici fiziki və ya hüquqi şəxsin payı olan hüquqi şəxslər, ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş şəxslər, fəaliyyət qabiliyyətsizliyi, yaxud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər, siyasi partiyalar, dini qurumlar iştirak edə bilməzlər. Müsabiqədə iştirak etmək istəyən şəxslər yayım üzrə xüsusi razılıq (lisenziya) almaq üçün müəyyən olunmuş qaydada ərizə, teleradio yayımı kanalının fərqləndirici nişanını (telestudiyanın emblemini), iddiaçının fəaliyyət növünü əks etdirən Nizamnamənin notariat qaydasında təsdiq olunmuş surəti və təsis müqaviləsini (təsisçilərin sayı 1-dən çox olduğu halda), Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş qeydiyyat şəhadətnamələrinin notariat qaydasında təsdiq olunmuş surətini, yayımın proqram konsepsiyasını, kadr tərkibi və kadrların peşə hazırlığının səviyyəsi barədə arayışı, radio verilişlərinin hazırlanmasında və yayınlanmasında istismar olunacaq əsas qurğu və avadanlıqlar barədə məlumatı, radio yayımçısının istifadə edəcəyi ötürücü qurğunun texniki tərəflərini, təsisçinin əmək fəaliyyətini əks etdirən geniş tərcümeyi-halı, müsabiqədə iştirak etmək üçün 200 (iki yüz) manat həcmində birdəfəlik ödənişi təqdim etməlidirlər. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib