Azərbaycanda internet klublara nəzarət güclənəcək

Azərbaycanda internet klublara nəzarət güclənəcək
Bütün Xəbərlər
00:15 18.08.2015
656
“İnternet-klublar uşaqların daha çox nəzarətsiz qaldığı məkanlardır”. Bunu AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnternetşünaslıq problemləri” sektorunun müdiri Rasim Mahmudov deyib.
Onun sözlərinə görə, bəzən uşaqlar valideynləri evdə olmadıqda, yaxud evdə olduğu halda belə nəzarətdən kənar məkan axtarırlar ki, belə yerlər də çox zaman internet-klublar olur: “Hazırda internet-klublarda uşaqların nəzarətsizliyi ciddi problemlərdən biridir. İnternet-klublar öz müştərilərinin çox olmasında maraqlı olduqları üçün uşaqlara qarşı hər hansı qadağa tətbiq etmək niyyətində deyillər. Doğrudur, bəzən polis nəzarəti olur, şifahi xəbardalıq edilir. Amma bu məsələ qanunvericilik səviyyəsində öz əksini tapmalıdır ki, internet-klubların üzərinə uşaqlarla bağlı müəyyən məsuliyyət qoyulsun". /report
OXŞAR XƏBƏRLƏR