“Biz elə bir şərait yaratmaq istəyirik ki, Azərbaycanda internetin qiyməti olduqca aşağı olsun”
Bunu AZXEBER.COM portalına "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev məlumat verib. Onun sözlərinə görə peykin istifadəyə verilməsinin ardından Azərbaycanda internetin qiyməti aşağı düşəcək və xarici sahibkarların ölkəyə olan marağı artacaq. Rəşad Nəbiyev hazırda telekommunikasiya peykinin 39,5 faizinin artıq Malayziya operatoru MEASAT tərəfindən icarəyə götürüldüyünü bildirib: "Respublikanın ehtiyacları üçün onun resurslarının təqribən 20 faizi istifadə ediləcək, peykin qalan resursları beynəlxalq bazarda reallaşdırılacaq. Azərbaycan peykinin resursları rabitə və teleradio yayım xidmətinin göstərilməsi üçün Malayziya şirkəti tərəfindən həyata keçiriləcək. Peykin buraxılışı noyabr-dekabr aylarına planlaşdırılıb”.
Əfsələddin AĞALAROV