Azərbaycanda işində səhlənkarlıq edən vəzifəli şəxslərin cəzası ağırlaşdırılır

Azərbaycanda işində səhlənkarlıq edən vəzifəli şəxslərin cəzası ağırlaşdırılır
Bütün Xəbərlər
17:34 25.04.2013
781

Azərbaycanda işində səhlənkarlıq edən vəzifəli şəxslər ilə bağlı cəzalar ağırlaşdırılır.

Milli MəclisdənAPA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 314.1 maddəsinə dəyişiklik müzakirəyə çıxarılacaq.

Dəyişikliyə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda, 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatdan 460 saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Mövcud maddədə ictimai işlər olaraq 230 saat nəzərdə tutulur.

Layihə Milli Məclisin 30 aprel iclasında müzakirəyə çıxarılacaq.

OXŞAR XƏBƏRLƏR