"Azərbaycanda işsizliyin səviyyəsi bir çox Avropa ölkələrindən aşağıdır" - Nazir

"Azərbaycanda işsizliyin səviyyəsi bir çox Avropa ölkələrindən aşağıdır" - Nazir
SOSİAL
13:08 27.02.2017
5831
"Azərbaycan prezidenti İlham Əliyevin qlobal iqtisadi və siyasi çağırışlara adekvat olaraq həyata keçirdiyi uğurlu islahatlar kursu, dünya iqtisadiyyatında böhranın dərinləşdiyi 2016-cı ildə və cari ilin ötən dövründə ölkəmizin sosial-iqtisadi inkişafının davam etməsinə şərait yaratmaqla, əmək bazarında sabitliyin qorunub saxlanmasına, işsizlik və yoxsulluğun artmasının qarşısının alınmasına imkan verib". 

"APA-Economics" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
 
Nazir bildirib ki, dövlət başçısının ilk növbədə milli sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi əsasında iqtisadi şaxələndirməni və qeyri-neft sektorunun sürətli inkişafını, bu sektor üzrə rəqabət qabiliyyətli və ixrac yönümlü məhsul istehsalının artımını nəzərdə tutan islahatlar paketi əmək ehtiyatlarından istifadənin genişləndirlməsini də stimullaşdırıb: "Ötən il ölkədə 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yerinin açılması iqtisadi fəallığın və əmək bazarının qeyd olunan böhranın mənfi təsirlərindən qorunmasında mühüm faktor olub. Xüsusən də dövlət başçısının sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünün müsbət nəticəsi kimi, dövlət təşkilatlarında 40 minədək iş yeri yaradılaraq bu barədə məşğulluq orqanlarına vakansiyalar təqdim edilib. Həmin vakant iş yerlərinə göndərişlərin verilməsində şəffaflıq tam təmin olunub. İlk növbədə işsiz və işaxtaran kimi uzun müddət qeydiyyatda olan, iş tapmaqda çətinik çəkən şəxslərin məşğulluğu diqqətdə saxlanılmaqla, bu və ya digər ixtisarlar nəticəsində sərbəstləşmiş işçi qüvvəsinin dərhal vakant iş yerlərində yerləşdirilməsi prosesi həyata keçirilib".
 
Nazir qeyd edib ki, dövlət başçısının əmək resurslarının səmərəli məşğulluğunun təminatı ilə bağlı müəyyən etdiyi vəzifəyə uyğun olaraq, nazirliyin məşğulluq orqanları tərəfindən aktiv məşğulluq tədbirləri ötən il daha da gücləndirilib, bu orqanlar vasitəsilə 2016-cı ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfərin məşğulluğu təmin edilib: "Görülən kompleks tədbirlərin müsbət nəticəsi kimi, bu gün Azərbaycanda işsizlik səviyyəsi əksər ölkələrlə, eləcə də ayrı-ayrı inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. Belə ki, işsizlik səviyyəsi İspaniyada 19,6%, Fransada 9,9%, Finlandiyada 8,8%, Xorvatiyada 12,8%, Belçikada 8%, Bolqarıstanda 7,7%, Danimarkada 6,2%, Latviyada 9,7%, Litvada 8%, Portuqaliyada 11,2%, Slovakiyada 9,7%, Sloveniyada 7,9%, İsveçdə 6,9%, Rumıniyada 6%, Niderlandda 6% təşkil etdiyi halda, Azərbaycanda 5% həddindədir".
 
Nazir bildirib ki, ölkəmizdə işçi qüvvəsinin, xüsusən də sərbəstləşmiş işçi qüvvəsinin dərhal vakant iş yerlərində işlə təminatı əmək haqları formasında ailə gəlirlərinin azalmasının qarşısının alınmasına imkan verib. Bu və digər tərəfdən, əmək haqları da daxil olmaqla bütün sosial ödənişlərin, o cümlədən sosial cəhətdən həssas qrupların maddi təminatlarının artırılması tədbirləri ümumən əhalinin alıcılıq qabiliyyətinin sabit saxlanmasına şərait yaradıb: "Aparılan sosial-iqtisadi siyasət ötən dövrdə yoxsulluğun kəskin şəkildə azaldılması sahəsində əldə olunmuş nailiyyətin də qorunub saxlanmasına imkan verib. Dünya ölkələrinin 2015-ci il üzrə aidiyyəti statistik göstəricilərinin təhlili Azərbaycanın dünya üzrə ən aşağı yoxsulluq göstəricisinə malik az sayda ölkələr sırasında olduğunu deməyə əsas verir. Bu göstərici ölkəmizdə 5,9% səviyyəsində olduğu halda, məsələn, Macarıstanda 14,5%, Portuqaliyada 19,5%, Rumıniyada 25,4%, Latviyada 22,5%, Litvada 22,2%, Yunanıstanda 21,4% səviyyəsindədir".
 
S. Müslümov sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin cari ildə də davam etdirildiyini, minimum əməkhaqqının artırılmasının, pensiyaların sığorta hissəsinin indeksasiyasının, qaçqın və məcburi köçkünlərə aylıq müavinətin müəyyən edilməsinin və s. sosial rifahda müsbət meyllərin davam etməsinə imkan yaratdığını qeyd edib. Bundan başqa, ehtiyac meyarının məbləğinin artırılması ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin daha da genişlənməsinə səbəb olub: "Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, cari ildə də işsiz və işaxtaran vətəndaşlar üçün dövlət təşkilatlarında iş yerlərinin yaradılması və bu barədə məşğulluq orqanlarına məlumatların təqdim olunması işləri aparılır. Yalnız onu qeyd etmək kifayətdir ki, təkcə bu ilin yanvar ayında məşğulluq orqanlarının xətti ilə artıq 17 410 nəfər işsiz və işaxtaran şəxsin iş yerləri ilə təminatı həyata keçirilib. Cari ildə prezidentin 7 aprel 2016-cı il tarixli sərəncamına uyğun olaraq, 103 nəfər işsiz və işaxtaran şəxs ailə təsərrüfatlarının qurulması üçün aktivlərlə təmin olunub. Bu məqsədlər üçün Prezidentin Ehtiyat Fondundan 6 milyon manat ayrılıb. Həmin vəsait hesabına ölkə üzrə təqribən 1400-dən yuxarı ailənin özünüməşğulluq layihələrinə cəlb edilməsi təmin olunacaq. Əgər hər ailədə orta hesabla 4-5 nəfər ailə üzvünün olduğunu nəzərə alsaq, bu proqram 6 mindən artıq insanın rifahında müsbət dəyişikliklərə imkan yaradacaq".
 
S. Müslümov vurğulayıb ki, ümumilikdə il ərzində əmək resurslarının səmərəli məşğulluğunun təmin edilməsinə, aktiv əmək bazarı proqramlarının genişləndirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, ümumən sosial sabitliyin təmin olunmasına yönələn tədbirlər davam etdiriləcək.

 

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
15:47 19.06.2026
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim