Azərbaycanda istilər davam edəcək

Azərbaycanda istilər davam edəcək
Bütün Xəbərlər
14:01 09.09.2015
1545
Bakıda külək əsəcək.
Bakı və Abşeron yarımadasında sentyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.
AZXEBER.COM  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacağı, lakin gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR