Azərbaycanda itə verilən dəhşətli əzab polisləri ayağa qaldırdı - VİDEO

Azərbaycanda itə verilən dəhşətli əzab polisləri ayağa qaldırdı - VİDEO
Bütün Xəbərlər
15:41 05.05.2014
2529

Sosial şəbəkədə yerləşdirilən video izləyiciləri dəhşətə salıb

Ötən gün Azərbaycanda itə dəhşətli işgəncə verilməsini əks etdirən daha bir görüntülər yayılıb.
Sosial şəbəkədə yerləşdirilən video izləyiciləri dəhşətə salıb. Verilən məlumatlara görə, hadisə Quba rayonunda baş verib.
Məsələni araşdırmaq üçün ANS PRESS-in bölgə müxbiri Quba rayon polis şöbəsilə əlaqə saxlayıb. Quba rayon polis şöbəsinin rəisi Seyfulla Əzimovun bölgə müxbirinə verdiyi məlumata görə, bu barədə onlara xəbər verilib. Xəbər verilən kimi də, dərhal hadisəni araşdırmaq üçün xüsusi qrup yaradılıb.
“Bu barədə məlumat almışıq. Araşdırma aparırıq. Əgər həqiqətən də, həmin hadisə Qubada baş veribsə, mütləq həmin şəxslər tapılacaq. Onlar barədə lazımi tədbirlər görüləcək”, - deyə Seyfulla Əzimov bildirib.
Qeyd edək ki, videoda bir nəfər itə tutub saxladığı, ikinci şəxsin isə itə çoxsaylı bıçaq zərbələri endirildiyi görünür. Daha sonra isə itin başını kəsir.
İtə qarşı bu zorakı hərəkətlər azyaşlı uşağın gözləri önündə baş verir.
 
OXŞAR XƏBƏRLƏR