Azərbaycanda itkin düşən qızlar tapıldı

Azərbaycanda itkin düşən qızlar tapıldı
Bütün Xəbərlər
14:59 22.04.2013
2046
Təxminən bir həftə əvvəl itkin düşən 19 yaşlı Gəncə şəhər sakini tapılaraq ailəsinə təhvil verilib.Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən verilən məlumata görə 46 yaşlı Gəncə şəhər sakini Pərvanə Hüseynova polisə müraciət edərək, qızı 1994-cü il təvəllüdlü İlahə Hüseynovanın aprelin 15-də evdən çıxıb bir daha geri qayıtmadığın bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində İ. Hüseynovanın Bakıda olduğu müəyyən edilib və Gəncəyə gətirilərək ailəsinə təhvil verilib.Gəncə polisinin keçirtdiyi başqa bir əməliyyat tədbiri nəticəsində itkin düşən Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü A. Quliyeva da tapılaraq ailəsinə təhvil verilib. Məlumata görə A. Quliyeva valideynlərindən xəbərsiz rəfiqəsigilə gedib və bir neçə gün orda qalıb.
OXŞAR XƏBƏRLƏR