Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə jurnalistlər arasında keçirilən “Aktiv ol!” layihəsi davam edir.
AZXEBER.COM-un məlumatına görə, layihənin birinci oyunu 5 mart tarixində A qrupunda olan iki komanda – “Editor.az” və “Showlife.az” komandaları arasında keçirilib.
Hər iki komanda sona qədər mübarizəni davam etdiriblər. İki hissədən ibarət olan oyun “Editor.az” komandasının üstünlüyü ilə başa çatıb. Beləliklə, Editor.az komandası A qrupunda yarımfinala vəsiqə qazanan ilk komanda olub.
Xatırladaq ki, turnir bir ay ərzində davam edəcək. Turnirdə 8 komanda mübarizə aparır.
Layihənin ideya müəllifi isə jurnalist Əfsələddin Ağalarovdur.