Azərbaycanda kəskin istilər davam edəcək

Azərbaycanda kəskin istilər davam edəcək
Bütün Xəbərlər
13:40 29.07.2015
1700
Nazirlik məlumat yaydı.
İyulun 30-da Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.
Bu barədə AZXEBER.COM-a Ekologiya və Təbii Sərvətlə Nazirliyindən (ETSN) bildirilib.
Nazirliyin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, mülayim şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var.
Mülayim şərq küləyi əsəcək. ayrı-ayrı yerlərdə arabir güclənəcək. Aran rayonlarında və Naxçıvan MR-də havanın temperaturu gecə 21-26 gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR