Azərbaycanda kəskin virusla bağlı həyəcan təbili – Nazir əmr imzaladı

TOP4
10:07 09.10.2019
5027
Səhiyyə naziri Oqtay Şirəliyev "2019-2020-ci ilin payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” Əmr imzalayıb.

Bu barədə Səhiyyə Nazirliyi mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib.

Verilən məlumata görə, sənəddə 2019-2020-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası məqsədi ilə sanitariya-maarifi işinin aparılması, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələr aparılmasının təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqlar və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılmasının təmini, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsinin təmini göstərişləri Əmrdə əks olunub.

Əmrdə eyni zamanda, profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatının yaradılması, Respublikanın şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində, habelə tibb müəssisələrində sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayətin gücləndirilməsi kimi əhəmiyyətli göstərişlər də verilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:42 04.06.2020

Hamı maska taxsa, yoluxma belə azalacaq

11:40 04.06.2020

Qənirə Paşayeva: "Həftə sonlarında küçəyə çıxmanın qadağan olunması vacibdir"

11:21 04.06.2020

Həftəsonu yalnız bu şəxslərin işləməsinə İCAZƏ VERİLƏCƏK

11:08 04.06.2020

Azərbaycanlı dünya çempionu koronavirusa yoluxdu

10:57 04.06.2020

Unibankdan kənd təsərrüfatı krediti götürmək daha da asan oldu

10:50 04.06.2020

Sürücülərin DİQQƏTİNƏ! Parklanmalara görə heç kimə pul verməyin - VİDEO

10:40 04.06.2020

Naqif Həmzəyev: “Təkliflərimdən reallaşanı da var, həllini gözləyəni də” - MÜSAHİBƏ

10:29 04.06.2020

“İnsanların bölgələrə gedib istirahət etməsi mümkün olmayacaq”

10:21 04.06.2020

Deputatlar bu gün bir neçə qanun layihəsini müzakirə edəcək - SİYAHI

10:15 04.06.2020

Ukraynada bir gün rekord sayda yoluxma faktı qeydə alındı

10:02 04.06.2020

Ermənistanda bir sutkada koronavirusa 697 nəfər yoluxub

10:00 04.06.2020

Göyçayda iki uşaq atası özünü körpüdən ataraq intihar etdi

09:41 04.06.2020

Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaq? - RƏSMİ AÇIQLAMA

00:08 04.06.2020

“1 və ya 2 ay həftə sonları küçəyə çıxma qadağan edilə bilər – Ramin Bayramlı

00:00 04.06.2020

DSX: “Keşikçidağ” ərazisində təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə olunub

23:55 03.06.2020

Azərbaycanda yenidən zəlzələ oldu