AZXEBER.COM xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
AQC sədrinin sözlərinə görə, bunun əsas səbəbi isə maliyyə imkanlarının məhdud olmasıdır:
"Keyfiyyətli serial təkcə yaxşı ssenari və peşəkar aktyor heyəti ilə ərsəyə gəlmir. Müasir kamera və işıq avadanlıqları, peşəkar səsləndirmə, vizual effektlər, montaj, dekorasiya, çəkiliş məkanları, nəqliyyat və logistika kimi amillər layihənin büdcəsini xeyli artırır. Bundan əlavə, son dövrlərdə süni intellekt texnologiyalarının və post-prodakşn xidmətlərinin istifadəsi də istehsal xərclərini yüksəldən əsas faktorlardan biridir.
Hazırda Azərbaycanda çəkilən serialların büdcəsi, əsasən, on minlərlə və ya yüz minlərlə manat arasında dəyişir. Məbləğ serialın formatından, seriyaların sayından və çəkiliş müddətindən asılı olaraq fərqlənir. Lakin milyonlarla manat büdcəyə malik televiziya seriallarının istehsalı ölkədə hələ geniş yayılmayıb.
Onların sözlərinə görə, reklam bazarının məhdudluğu və özəl investorların film sənayesinə marağının zəif olması da iri büdcəli layihələrin həyata keçirilməsini çətinləşdirir:
"Bu səbəbdən yüksək keyfiyyətli və beynəlxalq bazarda rəqabət apara biləcək serialların çəkilməsi üçün dövlət dəstəyi və ya böyük həcmli investisiyalar həlledici rol oynayır.
Milyonlarla manat büdcəyə malik layihələr həm texniki baxımdan daha peşəkar olur, həm də beynəlxalq auditoriyanın marağını cəlb etmək baxımından daha böyük imkanlara sahibdir".











































