Sevgilisi tərəfindən balta ilə xəsarət yetirilən Şəmkir rayon sakini Sevil Həsənovanın səhhəti ilə bağlı həkim açıqlama verib. AZXEBER.COM Kəpəz TV-yə istinadən xəbər verir ki, həkim Elşən Quliyev deyib ki, xəstə başın çoxsaylı kəsilmiş yaraları, açıq kəllə-beyin travması və təpə sümüklərinin açıq sınığı diaqnozu ilə xəstəxanaya daxil olub: "Xəstə kamatoz vəziyyətdədir. Yardım göstərilib. Həkim nəzarəti ilə Bakı şəhərinə göndərilir”. Cinayəti törədən Müşfiq Əmirov isə polis tərəfindən saxlanılaraq istintaqa təqdim olunub. İlkin məlumata görə Müşfiq Əmirov hadisəni törədən zaman sərxoş olub. Şəmkir rayon prokurorunun köməkçisi Rəcəb Tağıyev: “15 aprel 2014-cü il tarxidə əvvəlcədən özü ilə götürdüyü çapacaq aləti ilə Sevil Həsənovanın işlədiyi Sevil Qazıyeva küçəsində yerləşən qadın geyimləri mağazasına gələrək Sevil Həsənovanın baş və digər bədən nahiyələrindən ağır bədən xəsarətləri yetirərək, huşsuz vəziyyətə saldıqdan sonra hadisə yerindən qaçıb”. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.


