Azərbaycanda kişi özünü qəbiristanlıqda yandırdı

Azərbaycanda kişi özünü qəbiristanlıqda yandırdı
Bütün Xəbərlər
17:31 08.07.2013
2800

Abşeron rayonunun Xırdalan şəhərində dəhşətli hadisə baş verib.

Abşeron rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, bu gün Xırdalan sakini, 1957-ci il təvəllüdlü Şamil Kamil oğlu Məmmədov şəhər qəbiristanlığında özünü yandırıb. Ş. Kamilov xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. 

İntihara səbəb kimi Ş. Kamilovun maddi durumunun pis olması göstərilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR