Azərbaycanda koronavirusla bağlı sayt yaradıldı

SAĞLAMLIQ
11:32 19.03.2020
3183
Azərbaycanda əhalinin məlumatlandırılması məqsədilə 
 www.koronavirusinfo.az informasiya portalı istifadəyə verildi
 
Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xəstəliyin profilaktikası, əhalinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında operativ qərargah tərəfindən məlumat portalı istifadəyə verilmişdir.

Portalda koronavirus (COVID-19) haqqında təsdiqlənmiş ümumi məlumatlar,   dünyada mövcud vəziyyət, Azərbaycanda virusla mübarizə sahəsində həyata keçirilən tədbirlər və operativ xəbərlər öz əksini tapmışdır.

Azərbaycan hökumətinin əhalinin sağlamlığılının mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə müəyyənləşdirdiyi qaydalar, təlimatlar və tövsiyyələr operativ şəkildə vətəndaşların diqqətinə çatdırılır.  

Vətəndaşlar portala müraciət etməklə interaktiv qaydada onları maraqlandıran suallara cavab ala biləcəklər.   
   

OXŞAR XƏBƏRLƏR