Azərbaycanda ‘Kurtlar Vadisi’ nə oxşayan film çəkildi – VİDEO

GƏNCLİK
15:45 12.09.2014
5515

Bir qrup gəncin həvəskar formada lentə aldığı “Təmizlikçi” filmi sosial şəbəkələrdə də marağa səbəb olub.

Bu barədə AZXEBER.COM-a məlumat verən filmin rejissoru Kamran Səfərəliyev filmin çox az bir büdcə ilə çəkildiyini söyləyib. Filmdə döyüş səhnələrində bir sıra kompüter effektlərindən də istifadə olunub:

“Film çəkilişi zamanı biz yalnız silahlara pul vermişik. Bizim demək olar ki, büdcəmiz olmayıb. Kompüter effektləri və digər işlərin hamısını özümüz görmüşük. Əsas məqsədimiz bundan da daha yaxşı bir iş ortaya çıxartmaqdır. Yəqin ki, yeni işimizi də çəkib “Youtube” vasitəsi ilə tamaşaçılara təqdim edəcəyik”.

Sözügedən filmi təqdim edirik:

OXŞAR XƏBƏRLƏR