Azərbaycanda kütləvi cərimələr tətbiq olundu

Azərbaycanda kütləvi cərimələr tətbiq olundu
Bütün Xəbərlər
13:33 19.03.2014
582

228 850 manat məbləğində cərimə ekoloji qanunvericiliyi pozanlara tədbiq edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən mart ayı ərzində ölkədə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 143 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 48 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 36 iş üzrə 228 850 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 8178.58 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 293 iş üzrə 55513.12 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 13, icra qurumlarına 17, məhkəmələrə isə 2 iş göndərilib.
OXŞAR XƏBƏRLƏR