Azərbaycanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul olunacaq.
AZXEBER.COM "Globalinfo.az”a istinadən xəbər verir ki, yeni qanunla LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliği ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.
Yeni qanunun qəbulu və tətbiqi ilə bağlı aşağıdakı kateqoriyalar üzrə müvafiq addımlar atılacaq:
Media və internet: LGBT münasibətlərini təşviq etdiyi hesab olunan məlumatların yayılması məhdudlaşdırılacaq.
Reklam və kino: Müvafiq məzmunun reklam və filmlərdə yayılması, təbliği qadan ediləcək.
Təhsil: Məktəblərdə qeyri-ənənəvi seksual orientasiyaları təbliğ edəcək məzmun birmənalı olaraq məqbul hesab edilməyəcək.
Hüquqi məsuliyyət: qanun pozulması hallarında cərimə və digər inzibati tədbirlər tətbiq olunacaq.
Qeyd etmək lazımdır ki, müvafiq qanunun tətbiqi ilə bağlı əsaslandırma ilk növbədə uşaqların sağlamlıq və inkişafına zərərli hesab edilə biləcək informasiyalardan qorunması ilə bağlıdır. Sözügedən qanunla "qeyri-ənənəvi seksual orientasiyanın” və pedofiliyanın təbliği uşaqlar üçün qadağan olunmuş informasiya kateqoriyasına daxil ediləcək. Müvafiq kateqoriyaya aid məlumatların yetkinlik yaşına çatmayan şəxslərə yayılması qadağan olunacaq.
Müvafiq proses eyni zamanda kütləvi informasiya vasitələrinə də şamil olunacaq. Pozuntu aşkarlandıqda media qurumlarının fəaliyyətinin dayandırılması, xarici media üçün isə ölkədə fəaliyyət icazəsinin ləğvi kimi tədbirlər nəzərdə tutulacaq. Media qurumunun sahibi və media rəhbəri üçün də məsuliyyət qaçılmaz olacaq.
Təbii ki, informasiya məkanının sürətlə genişlənməsi fonunda sözügedən qanunun tətbiqi telekommunikasiya şəbəkələri və onlayn platformalar üçün də eyni dərəcədə əhəmiyyətli olacaq. Buna görə internetdə paylaşım, video, bloq yazısı və ictimai çağırışlar qanunun tətbiq dairəsinə düşə bilər.
Eyni zamanda reklam və kino sahəsində də qanunun tətbiqi böyük həssaslıq tələb edəcək.
Qeyd edək ki, qanunun tətbiqi ilə eyni zamanda hüquqi məsuliyyət də ortaya çıxır. Belə ki, qanun pozuntusunun xarakterindən asılı olaraq cərimələr, təkrar xətaya yol verdikdə inzibati həbs tətbiqi mümkündür.
Media və internet resurslarına qarşı tənbeh tətbirləri də müvafiq hüquqi prosedurlar çərçivəsində həyata keçiriləcək.











































