Biz istəyirik ki, qadınlarımız maarifli və öz hüquqları haqqında geniş məlumata malik olsunlar. Bunun üçün təşkilatımız 1 il ərzində fəaliyyət göstərməsinə baxmayaraq qadınlarımıza uyğun layihələr həyata keçirib.AZXEBER.COM-un məlumatına görə, bu fikirləri Qadın Haqları Mərkəzinin (QHM) rəhbəriXəyalə Nəsirlitəşkilatın bu gün keçirilən mətbuat konfransında deyib.Təşkilat rəhbəri qeyd edib ki, 1 il ərzində mərkəz 2 layihə keçirib ki, bunlar “Ailədaxili zorakılığı dayandırın” və “Mən də lider ola bilərəm” layihələridir.“Bu layihələrin hər birində lider olmağa çalışan, gələcəyimizin lider qadınları iştirak ediblər. Sonuncu layihədə 6 təlim keçirildi. Bu təlimlərin hər biri çox uğurla nəticələndi. Bu gün həmin layihə fəallarına təşkilatımız tərəfindən diplomlar təqdim olunacaq”.X.Nəsirli həmçinin onu da qeyd edib ki, təşkilat artıq Qadın.Az saytı ilə də əməkdaşlığa başlayıb.“Təşkilatımızın öz saytı yoxdur. Ancaq düşünürəm ki, bu ciddi bir problem deyil. Bu sayt bu gün bir çox qadınlar tərəfindən tanınır. Deyə bilərəm ki, regionlardan da bu sayta qadınlarımız öz problemləri haqqında yazırlar. Elə bu səbəbdən biz də əməkdaşlığımızı genişləndirmək istədik ki, qadınlarımıza daha çox kömək ola bilək. Savadlı qadın gələcəyin sağlam ailəsi deməkdir”.Daha sonra Qadın.Az saytının rəhbəri Aynur Qurbanqızı bildirib ki, əsas məqsəd qadınları ictimai proseslərə daha da yaxından cəlb etməkdir.“Biz çox istəyirik ki, qadınlarımız siyasi məsələlərdə də fəal iştirak etsinlər. Gənc xanım nazirlər, millət vəkilləri yetişsin. İnanıram ki, bu arzu yox, çox tezliklə reallıq olacaq”.Daha sonra layihə fəallarına diplomlar təqdim edilib.