Azərbaycanda loqo sərgi keçiriləcək

GƏNCLİK
16:13 31.01.2015
3234

Azərbaycanda ilk dəfə olaraq GÖZÜNLƏ DUYDUQLARIN adlı loqo sərgi keçiriləcəkdir.

AZXEBER.COM xəbər verir ki, sərgidə gənc dizayner Elçin Aşurovun müəllifi olduğu yeni üslub və baxışı özündə birləşdirən 80 loqo nümayiş olunacaqdır.

Sərgi iştirakçıları loqolarla yanaşı onların insanlara verdiyi şüuraltı mesajlarla da tanış olacaqlar. Müəllifin fikrincə bir işarə bir heca, işarələr birlikdə bir söz, onların gözlə təması artıq bitmiş bir fikirdir.

Sizi də bu sərgidə iştirak etməyə dəvət edirik. Sərgi 4 fevral tarixində saat 12:00-dan 18:00-dək “Bakı Bİznes Mərkəzi”ndə keçiriləcəkdir.

Sərginin rəsmi açılış hissəsi dəvətli ziyarətçilər ilə saat 19:00 da keçiriləcəkdir.

OXŞAR XƏBƏRLƏR