Azərbaycanda ölümlə nəticələnən avtomobil qəzası baş verdi
Bütün Xəbərlər
12:44 04.10.2011
1504
Bakı-Qazax yolunun Kürdəmir rayonundan keçən hissəsində ölümlə nəticələnən avtomobil qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Mahmud Maqsudov APA-ya bildirib ki, hadisə ötən gün axşam saatlarında yolun 209-cu kilometrliyində, rayonun Qarabucaq kəndi ərazisində qeydə alınıb. Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Baxşəliyev Azər Tahir oğlunun idarə etdiyi 10 SP 067 dövlət nişanlı, “VAZ 2107” markalı maşın qarşı tərəfdən gələn, Sabirabad rayon sakini, 1966-cı il təvəllüdlü Bağırov İlqar Murad oğlunun idarə etdiyi, “Berkel” MMC-yə məxsus 90 AL 924 dövlət nömrə nişanlı, “VAZ 21214” (NİVA) maşını ilə toqquşub.Hadisə nəticəsində “VAZ 2107”-nin sürücüsü ölüb, digər sürücü isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.