Azərbaycanda maraqlı təbiət hadisəsi - VİDEO

Azərbaycanda maraqlı təbiət hadisəsi - VİDEO
Bütün Xəbərlər
21:00 13.05.2013
1699
Adətən bar verməyən palıd ağacının budaqları meyvə gətirib.Başqa sözlə desək, fıstıqkimilər fəsiləsindən olan palıd ağacı qarağat bitirib. Maraqlı təbiət hadisəsi Qusarın Aşağı Ləyər kənd sakini Şahbala Şıxzadayevin şəxsi ev təsərrüfatında baş verib. 62 yaşlı kənd sakini bir gün həyətindəki qədim palıd ağacının meyvə gətirdiyini görüb: “62 yaşım var, 57 yaşıma kimi bu kənddə yaşamışam, burada böyümüşəm. Hələ bu vaxta qədər palıd ağacının qarağat meyvəsinin gətirməsinin şahidi olmamışam. Mən başqa ağacları da yoxladım, o ağaclar gətirməmişdi”.Bu hadisə ilə bağlı mütəxəssis rəyini öyrənməyə ehtiyac gördük. Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun çoxillik bitkilər şöbəsinin müdiri Dilşad Bayramova bunu həqiqətən möcüzə saydığını bildirdi: “Bir qədər bərk olur. Amma bu da möcüzədir, təbiətdə belə möcüzələr olur. Çox qəribədir”.Bioloq-alim möcüzəli hesab etdiyi bu faktı elmi cəhətdən belə izah edib: “Əgər bir budaqda olsaydı, demək olardı ki, hansısa meyvənin toxumları düşüb, orada da münbit şərait olub, torpaq ola bilər, ora nəyə görəsə çöküntü inkişaf edib. Amma bütün ağac gətiribsə, bu qeyri-adi hadisədir”.Dilşad Bayramova bunu yerində öyrənmək üçün Aşağı Ləyər kəndinə gedəcəyini, ağacın meyvələrindən nümunə götürüb araşdıracağını söyləyib.
OXŞAR XƏBƏRLƏR