Azərbaycanda maşın 33 yaşlı velosipedçini vurdu

Azərbaycanda maşın 33 yaşlı velosipedçini vurdu
Bütün Xəbərlər
12:59 15.10.2012
1139
Oktyabrın 14-ü axşam saatlarında Xaçmaz rayonu ərazisində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Velosipedlə hərəkət edən 33 yaşlı Xaçmaz şəhər sakini Bəxtiyar Tağıyev Gəndob-Yalama yolunun 25-ci kilometrliyində onunla eyni istiqamətdə hərəkətdə olan 27-BG-563 dövlət nömrə nişanlı “QAZ 32” markalı avtomobil tərəfindən vurulub.Xəsarət alan B.Tağıyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.Vəziyyəti ağır olduğu üçün o paytaxt xəstəxanalarından birinə göndərilib.Faktla bağlı araşdırma aparılır.
//APA
OXŞAR XƏBƏRLƏR