Azərbaycanda mədəsini kiçildən qadın öldü - Foto

SOSİAL
14:07 04.11.2018
10719
Azərbaycanda daha bir qadın mədəkiçiltmə əməliyyatı zamanı dünyasını dəyişib. 

AZXEBER.COM-un Modern.az-a istinadən verdiyi məlumata görə, Sevinc adlı xanım dünən mədəkiçiltmə əməliyyatına girib və gecə saatlarında həyatını itirib. Xanımın azyaşlı övladı var.

Mərhumun Bakı Dəmiryol Xəstəxanasının işçisi olduğu bildirilir.

Sayt Bakı Dəmiryol Xəstəxanası ilə əlaqə saxlasa da, bazar günü olduğundan hər hansı infromasiya almaq mümkün olmayıb.
 

 


OXŞAR XƏBƏRLƏR