Azərbaycanda məktəb və universitetlər aprelin 20-nə qədər bağlı olacaq - RƏSMİ

SOSİAL
13:42 20.03.2020
9498

Təhsil müəssisələrində tətilin vaxtı uzadılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. 

 

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur.

OXŞAR XƏBƏRLƏR