Azərbaycanda məktəb yandı

Azərbaycanda məktəb yandı
Bütün Xəbərlər
13:17 24.08.2015
1074

Lənkəranda yanğın hadisəsi baş verib. Hadisə rayonun Viyən kənd orta məktəbinin binasında qeydə alınıb. Dərhal əraziyə Fövqaladə  Hallar  Nazirliyinin iki yanğınsöndürən avtomobili cəlb edilib. Buna baxmayaraq kənd məktəbində ümumi sahəsi 1920 kv.m olan 1 mərtəbəli binanın bir otağının yanar konstruksiyası 40 kv.m, digər otağın tavan hissəsi 10 kv.m və dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. İnzibati binanın qalan hissəsi yanğından muhafizə olunub. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürürlüb. Yanğın baş verən vaxt binada heç kim olmadığı üçün hadisə xəsarətsiz ötüşüb. Hadisənin hansı səbəbdən baş verməsini aydınlaşdırmaq üçün araşdırmalara başlanılıb

//anspress.com

OXŞAR XƏBƏRLƏR