Salyan şəhərində internat məktəbin həyətində partlayış baş verib. AZXEBER.COM portalının Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, məktəbin həyətində ümumi sahəsi 15 kvadrat metr olan qazanxanada partlayış olub. Partlayış nəticəsində tikilinin dam örtüyü çöküb.