Azərbaycanda mikroavtobus qəzaya uğradı, yaralanan var

Azərbaycanda mikroavtobus qəzaya uğradı, yaralanan var
Bütün Xəbərlər
10:05 08.10.2014
1001

Yevlaxın Hürüuşağı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM –un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, "Ford" markalı mikroavtobusla “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə xəsarət alan sürücünü avtomobildən çıxararaq hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.

OXŞAR XƏBƏRLƏR